Böyük Dəbilqədə erkən VİDA
04.12.2022 - 11:42
![Böyük Dəbilqədə erkən VİDA](https://ww3.apasport.az/storage/news/2022/december/04/big/638c4f8cd12e4638c4f8cd12e51670139788638c4f8cd12df638c4f8cd12e2.jpg)
Azərbaycan cüdoçusu Leyla Əliyeva Yaponiyanın paytaxtı Tokioda keçirilən Böyük Dəbilqə turnirində mübarizəni dayandırıb.
Apasport.az saytının məlumatına görə, 48 kq çəkidə mübarizə aparan idmançı startda meksikalı Edne Karillo ilə üz-üzə gəlib.
1/8 final çərçivəsində baş tutan görüş rəqibin qələbəsi ilə başa çatdığından Əliyeva yarışla erkən vidalaşıb.
Qeyd edək ki, Böyük Dəbilqədə ölkəmiz yalnız Leyla Əliyeva ilə təmsil olunurdu.
0
0