Çantakias Azərbaycana qayıdır? - ÖZƏL
20.01.2025 - 19:47
“Zirə”nin sabiq futbolçusu, yayda “Panserraikos”la müqavilə imzalamış Dimitrios Çantakias yenidən Azərbaycana qayıda bilərmiş.
Apasport.az saytına verilən məlumata görə, 30 yaşlı futbolçuya “Səbail”dən təklif gəlib.
Yunan müdafiəçi özü də Azərbaycana geri qayıtmaq istəyib. Lakin sonda keçid baş tutmayıb.
Yayda isə Çantakiasın “Səbail”ə transferi yenidən gündəmə gələ bilər.
Qeyd edək ki, Dimitriosioun “Panserraikos”la müqavilə müddəti 2026-cı il iyunun 30-na qədərdir. O, 2020-24 illərdə "Zirə"nin şərəfini qoruyub.
- AMADA narkomanlığa qarşı mübarizəyə dair dövlət proqramı əsasında dəyirmi masa keçirib
- Alperen Şengün NBA tarixinə düşüb
- Ramin Quliyev: "Arif Əsədov qısa vaxtda nəyisə dəyişə bilib, lakin..."
- Andrade: “Atletik"lə fərdi olaraq, "Heken"lə görüşdə isə komanda olaraq tarix yazdıq”
- Juninyo "Flamenqo"da debüt edib
0
0