Cavid Hüseynov ondan imtina etdi, qapıçı təzminat istəyir
26.06.2022 - 11:51
![Cavid Hüseynov ondan imtina etdi, qapıçı təzminat istəyir](https://ww3.apasport.az/storage/news/2022/june/26/big/62b8102f79ede62b8102f79edf165622993562b8102f79edc62b8102f79edd.jpg)
“Şamaxı”nın yeni baş məşqçisi Cavid Hüseynov gözlənilməz addım atıb.
Apasport.az “sportinfo”ya istinadən məlumat verir ki, gənc mütəxəssis müqavilə müddətini 1 il uzadan Stanislav Namaşkonun xidmətindən imtina edib.
Son üç mövsümü burada keçirən qapıçıya bu barədə xəbərdarlıq olunub. Amma Moldova yığmasının kiperi anlaşmanın qarşılıqlı razılıq əsasında pozulmasına razılaşmır və təzminat istəyir.
0
0