Azərbaycan milli komandasının və “Arda”nın müdafiəçisi Cəlal Hüseynov son vaxtlarda nümayiş etdirdiyi performansla bir neçə komandanın diqqətini çəkib.
Apasport.az saytına verilən məlumata görə, azərbaycanlı müdafiəçini heyətinə qatmaq istəyən klublardan biri də Bolqarıstan təmsilçisidir.
Hazırda yüksək liqada turnir cədvəlinə başçılıq edən “Lokomotiv”(Plovdiv) Hüseynovun xidmətində maraqlıdır. Komandanın baş məşqçisi Aleksandar Tomaş şəxsən Hüseynovu sərəncamında görmək istəyir.
Qeyd edək ki, “Neftçi”nin də maraqlandığı 20 yaşlı futbolçunun Bolqarıstan klubu ilə müqaviləsi 2026-cı il iyunun 30-na qədərdir.
- Azərbaycan taekvondoçuları beynəlxalq turnirdə 7 medal qazanıblar
- Yevlax Olimpiya İdman Kompleksində cüdo zalı istifadəyə verilib
- Azərbaycan Su İdmanı Federasiyasının idmançıları Türkiyədə birinci olublar
- "Arsenal" derbidə qalib gəldi, "Yunayted" evdə xal itirdi
- “Neftçi” Qətər komandası ilə qarşılaşacaq