Cəlal oynadı, komandası qələbə qazandı
10.08.2024 - 09:57
![Cəlal oynadı, komandası qələbə qazandı](https://ww3.apasport.az/storage/news/2024/august/10/big/66b6fb891cfdf66b6fb891cfe0172326797766b6fb891cfdd66b6fb891cfde.jpg)
Bolqarıstan çempionatında 4-cü turun oyunları keçirilir.
Apasport.az xəbər verir ki, Azərbaycan millisinin müdafiəçisi Cəlal Hüseynovun çıxış etdiyi “Arda” bu turda evdə “Hebar”la qarşılaşıb.
Görüş meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb. Cəlal da bu oyunda iştirak edib. O, start heyətdə meydana çıxıb və sonadək oynayıb.
“Arda” hazırda 6 xalla 6-cı pillədə qərarlaşıb.
0
0