"Çelsi" "Barselona"nın müdafiəçisi üçün təklif hazırlayır
23.05.2024 - 15:41
Premyer Liqa təmsilçilərindən "Çelsi" "Barselona"nın mərkəz müdafiəçisinin transferi üçün təklif hazırlayır.
Apasport.az "Mundo Deportivo"ya istinadla xəbər verir ki, "mavilər" Tiaqo Silvanın yerinə Arauxonu dəvət etmək istəyir.
Yüksək məbləğə baxmayaraq, "Barselona" futbolçunu toxunulmaz hesab edir. İspaniya klubu onu yay "transfer pəncərəsi"ndə çətin ki, satsın.
Bundan öncə Arauxonun adı "Bavariya" ilə əlaqələndirilirdi, lakin mərkəz müdafiəçisinin Kataloniya klubundan ayrılmaq niyyəti yoxdur.
Qeyd edək ki, "Barselona" futbolçu ilə müqavilə müddətini uzatmaq istəyir.
- Kamandan oxatma üzrə ölkə birinciliyinə yekun vurulub
- Albaniya yığmasının AVRO-2024 üçün heyəti açıqlandı
- Sərbəst güləş millimiz ardıcıl 2-ci dəfə Avropa çempionu oldu
- Murad Musayevin gedişi ilə bağlı: "Sanki Aleks Ferqyuson "Mançester Yunayted"dən gedib"
- Belarus millisi baş məşqçisi ilə müqavilə yeniləyib
0
0