"Çelsi" İspaniyadan yarımmüdafiəçi almaq istəyir
09.04.2024 - 13:18
"Atletik Bilbao"nun yarımmüdafiəçisi Niko Uilyams İngiltərə Premyer Liqasına keçə bilər.
Apasport.az xəbər verir ki, bu barədə “Football Insider” məlumat yayıb.
Mənbənin məlumatına görə, 21 yaşlı ispan futbolçu ilə Londonun "Çelsi" klubu maraqlanır. Klub rəhbərliyi oyunçu uğrunda mübarizədə rəqiblərini qabaqlamaq üçün ilkin danışıqlar aparmaq istəyir.
“Transfermarkt” portalı futbolçunun dəyərini 50 milyon avro olaraq qiymətləndirirlir.
Uilyams İspaniya çempionatının cari mövsümündə 30 qarşılaşmada iştirak edib, 6 qol vurub, 14 məhsuldar ötürmə edib.
- Elvin Yunuszadə: "İmişli"nin məqsədlərinə çatmasına kömək olacam" - Müsahibə
- Premyer Liqamızda mövsümün futbolçusu bəlli oldu
- Yalnız Azərbaycanda: Oyun zamanı stadionun dam örtüyü yenilənir - VİDEO
- Rəşad Sadıqov: "Rəqibin verdiyi açıqlamalar bizdə əlavə narahatlıq yaradırdı"
- Rahilin komandasından heç-heçə
0
0