"Çelsi"də Poçettinonun yerinə iki əsas namizəd var
05.03.2024 - 13:59
“Çelsi” baş məşqçisi Maurisio Poçettinonu əvəz edə biləcək namizədləri nəzərdən keçirir.
Apasport.az xəbər verir ki, “təqaüdçülər”in maraq dairəsinə 2 mütəxəssis daxildir.
Biri “Sportinq”ə rəhbərlik edən Ruben Amorim, digəri isə “Brayton”un baş məşqçisi Roberto de Zerbidir.
Xatırladaq ki, Poçettino ötən ilin yayında "Çelsi"nin baş məşqçisi postuna keçib. Tərəflər arasındakı müqavilə 2025-ci ilin iyunun sonunda başa çatır.
Qeyd edək ki, son dövrlər mətbatda London klubunun argentinalı çalışdırıcı ilə yollarını ayıracağı barədə xəbərlər yayılıb.
- “Real” Bellinqemin transferini razılaşdırdı
- "Qarabağ" dünya reytinqində gerilədi
- Məhəmməd Mirzəbəyov: "Hər kəs “Neftçi”nin “Qarabağ”la rəqabət aparacağını gözləyir"
- Bakıda keçiriləcək beynəlxalq turnirin qonaqları Ulu Öndərin xatirəsini yad ediblər
- Azərbaycan futbolunda legioner limiti ləğv olunmalıdır, ya yox? - SORĞU
0
0