Çempion I Liqanı qələbə ilə başa vurub - YENİLƏNİB
22.05.2025 - 19:03
Çempion I Liqanı qələbə ilə başa vurub - YENİLƏNİB

Bu gün Azərbaycan I Liqasında mövsümün son turu start götürüb.

Apasport.az xəbər verir ki, ilk günə 2 oyun keçirilib.

Çempion "Qəbələ" "Qaradağ Lökbatan"la üz-üzə gəlib. Görüş qonaqların 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Bu nəticə ilə "Qaradağ Lökbatan"nın  növbəti mövsüm II Liqada mübarizə aparacağı dəqiqləşib.

3-cü pillədəki "Karvan" isə "Mingəçevir"in qonağı olub. Ev sahibləri rəqibini 2:1 hesabı ilə məğlub etməyi bacarıb

Qeyd edək ki, "Qəbələ", "Karvan" və "İmişli" növbəti mövsüm üçün Misli Premyer Liqasına vəsiqə qazanıblar. 

22 may (cümə axşamı)

17:00. “Qaradağ Lökbatan” – “Qəbələ” 0:3

Hakimlər: Kamran Əliyev, Elman Kərimov, Vüqar Bayramov, Niyaz Əhmədov

Lökbatan OİK stadionu

17:00. “Mingəçevir” – “Karvan” 2:1

Hakimlər: Şamil İmanzadə, Qəzənfər Məmmədov, Taleh Məmmədov, Nazim Abdullayev

Y.Məmmədzadə adına Mingəçevir şəhər stadionu (ehtiyat meydança)