Çempionatın startı təhlükədə
25.07.2022 - 09:29
![Çempionatın startı təhlükədə](https://ww3.apasport.az/storage/news/2022/july/25/big/62de2a826e4bd62de2a826e4be165872704262de2a826e4ba62de2a826e4bc.jpg)
İtaliya A seriyasının startı yubana bilər.
Apasport.az saytının məlumatına görə, bunu liqanın prezidenti Lorenso Kazini açıqlayıb.
O bildirib ki, yeni mövsümün təqvimi ilə bağlı problemlər yaranıb: “Çempionatı avqustun 13-də başlamaq ağır olacaq. Əgər ölkədə indiki kimi isti hava şəraiti davam etsə, yarışa start verməkdə çətinlik çəkəcəyik. Üstəlik, nəzərə almalıyıq ki, Qətərdəki dünya çempionatına görə yarışın özü də qeyri-adi alınacaq”.
Qeyd edək ki, avqustun 13-də 4 matçın keçirilməsi planlaşdırılıb.
0
0