Çempionlar Liqası İTV-də
14.02.2023 - 11:45
UEFA Çempionlar Liqasının 1/8 və 1/4 final oyunları İctimai Televiziyada yayımlanacaq.
Apasport.az saytının məlumatına görə, bununla bağlı "Saran Media" və ölkə ərazisində turnirin əsas yayımçısı CBC Sport telekanalı ilə razılaşma əldə edilib.
Bu mərhələlərdə paralel keçirilən və CBC Sportda yayımlanmayan görüşlər İctimai Televiziyanın efirində canlı yayımda təqdim olunacaq.
Futbol həvəskarları bu gecə saat 00:00-da keçiriləcək "Milan" – "Tottenhem" qarşılaşmasını İTV-də izləyə biləcəklər.
- Ülviyyə Fətəliyeva ölkə çempionu oldu - KARYERASINDA İLK DƏFƏ
- “Ayntraxt” Marmuşun əvəzləyicisini tapdı
- U-19 millimiz Avropa çempionatının seçmə mərhələsində mübarizəyə start verir
- Elnur Əşrəfoğlunun xatirəsinə həsr olunmuş "Media turniri-5" başa çatıb
- Mehdi Cənnətov: "Turan Tovuz"a qarşı matçlar asan olmur" - Müsahibə
0
0