![Çempionlar Liqasında ikinci dəfə](https://ww3.apasport.az/storage/news/2022/august/09/big/62f2bab84cbb262f2bab84cbb3166007468062f2bab84cbb062f2bab84cbb1.webp)
Azərbaycan futbolu tarixində ikinci dəfə təmsilçimiz Çempionlar Liqasının pley-offunda oynayacaq.
Apasport.az saytının məlumatına görə, bu mərhələyə vəsiqəni “Qarabağ” qazanıb.
Qurban Qurbanovun yetirmələri III təsnifat mərhələsində Macarıstan “Ferensvaroş”unu keçib – 1:1, 3:1. Ağdam klubu 5 ildə sonra bu raundu adlamağı bacarıb.
“Qarabağ” 2017/18 mövsümündə də pley-offda oynayıb. Həmin vaxt təmsilçimiz bu raundu keçərək qrupa düşüb. Ağdamlılar “Kopenhagen” üzərində qələbə ilə tarixi uğuru rəsmiləşdirib.
Qeyd edək ki, “Qarabağ” pley-offda Çexiya “Viktoriya”sı ilə görüşəcək.
Vüqar Xeyrullayev