Çimərlik voleybolçularımız Avropa çempionatında
09.07.2024 - 20:41
![Çimərlik voleybolçularımız Avropa çempionatında](https://ww3.apasport.az/storage/news/2024/july/09/big/668d6015773d6668d6015773d71720541205668d6015773d4668d6015773d5.jpg)
Çimərlik voleybolçularımız Avropa çempionatında iştirak edəcəklər.
Apasport.az xəbər verir ki, Çimərlik voleybolu üzrə qız və oğlanlardan ibarət komandalarımız 18 yaşlıların (U-18) Avropa çempionatında güclərini sınayacaqlar.
Təmsilçilərimiz bu gün yarışın keçiriləcəyi Gürcüstanın Kaçreti şəhərinə yola düşüblər. 10-14 iyul tarixlərində baş tutacaq çempionatda ölkəmiz bir qız (Səbinə Əlizadə/Lizi Latsabidze) və bir oğlan (Nəriman Bayramlı/Muhammad Aslanlı) komandası ilə təmsil olunacaq.
0
0