Coşqun oynadı, komandası məğlub oldu
27.01.2025 - 12:20
Azərbaycan millisinin futbolçusu Coşqun Diniyevin formasını geyindiyi “Bandırmaspor” Türkiyə I Liqasında növbəti oyuna çıxıb.
Apasport.az xəbər verir ki, Bandırma təmsilçisi “Keçiörengücü” ilə qarşılaşıb. Matç “Bandırmaspor”un məğlubiyyəti ilə başa çatıb – 1:2.
Coşqun oyuna start heyətdə başlayıb və sona qədər oynayıb.
“Bandırmaspor” 21 turdan sonra 34 xalla 4-cü sıradadır. “Keçiörengücü” isə 30 xalla 11-ci pillədə qərarlaşıb.
- “Mançester Yunayted” Mauntla anlaşdı
- Peter Ademo: "Əlimizdən gələni edəcəyik ki, növbəti mərhələyə çıxaq"
- Taekvondoçularımız “Fujairah Open” beynəlxalq turnirində 6 medal qazanıblar
- Avropa Liqası matçında xaos: İsrailli azarkeşlər fələstinli tərəfdarlara hücum ediblər
- “Ordu”nun baş məşqçisi: “Arxayınçılıq məğlubiyyətlə nəticələndi”
0
0