“Səbail”in yay transfer pəncərəsində heyətinə qatmaq istədiyi futbolçulardan ikisi bəlli olub.
Apasport.az saytının məlumatına görə, Bakı klubu Rüfət Abdullazadə və Baqali Dabonun xidmətində maraqlıdır.
Paytaxt təmsilçisi "Sumqayıt"dan ayrılan Rüfət Abdullazadə ilə bağlı danışıqlara start verib. Şahin Diniyev “Qəbələ” və “Neftçi”də bombardirlik keyfiyyətlərini göstərmiş Dabonu da sərəncamında görmək istəyir. Son klubu Kipr təmsilçisi “Apollon” olan 35 yaşlı fransalı hücumçunun keçidi maliyyə şərtlərindən asılıdır.
Qeyd edək ki, Baqali 2017/18 və 2019/20 mövsümlərində Premyer Liqanın bombardiri olub.
- "Panatinaikos" Fakundo Pellestrini heyətinə qatıb
- Rəşad Sadıqov: “Səbail”lə oyun ən vacib matç olacaq”
- Azərbaycanın oğlan basketbolçulardan ibarət U-20 millisi Tbilisidə iki qələbə qazanıb
- "Dortmund" iki futbolçusu ilə yollarını ayıracaq - RƏSMİ
- AL: “Portu” “Nottingem Forest”lə bacarmadı - YENİLƏNİB