Dadaşov məşqlərə başladı
22.11.2024 - 14:32
![Dadaşov məşqlərə başladı](https://ww3.apasport.az/storage/news/2024/november/22/big/67405c401d9cc67405c401d9cd173227116867405c401d9ca67405c401d9cb.webp)
Türkiyənin "Ankaragücü" klubunda çıxış edən Azərbaycan millisinin üzvü Renat Dadaşov məşqlərə başlayıb.
Apasport.az xəbər verir ki, bu barədə 1-ci liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Dadaşov oktyabrın 21-də qasıq nahiyəsindən əməliyyat olunmuşdu.
Bir aydır komandadan kənarda qalan hücumçu ötən gündən kollektivlə məşqlərə qoşulub.
Qeyd edək ki, "Ankaragücü" 1-ci liqanın 13-cü turunda sabah səfərdə "Gənclərbirliyi" ilə qarşılaşacaq.
0
0