Daha bir millidə baş məşqçi ayrılığı
16.10.2025 - 14:05

Tanınmış futbol adamı Patrik Klyuvert İndoneziya millisinin baş məşqçisi vəzifəsindən ayrılıb.
Apasport.az xəbər verir ki, müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Niderlandlı mütəxəssis 2025-ci il fevral ayından İndoneziya yığmasını çalışdırırdı.
İndoneziya millisi DÇ-2026-nın final mərhələsinə çıxmaq şansını itirdiyi üçün federasiya onunla yola davam etmək istəməyib.
0
0