Türkiyənin İstanbul şəhərində təlim-məşq toplanışını başa vuran qadın güləşçilərdən ibarət Azərbaycan millisi bu gün dünya çempionatının keçirildiyi Serbiyanın paytaxtı Belqrada yollanıb.
Apasport.az saytı xəbər verir ki, bu barədə Güləş Federasiyası məlumat verib.
Bildirilib ki, baş məşqçi əvəzi Rövşən Umudov və məşqçi Solmaz Adilovanın rəhbərliyi altında 5 güləşçi - Leyla Qurbanova (53 kq), Jalə Əliyeva (57 kq), Alyona Kolesnik (59 kq), Tatyana Omelçenko (62 kq) və Elis Manolova (65 kq) ölkəmizi DÇ-də təmsil edəcək.
Sabah qadın güləşi üzrə püşkatma mərasimi keçiriləcək.
Sentyabrın 12-də Tatyana, 13-də Leyla və Elis, 14-də isə Jalə ilə Alyona mübarizəyə başlayacaq.
- Azərbaycan Prezidenti: “Vətən sevgisi varsa, hətta bəziləri üçün əlçatmaz olan nailiyyətləri əldə etmək olar”
- “Araz-Naxçıvan” heyətini yeni oyunçu ilə gücləndirib
- “Neftçi” Futbol Mərkəzinin açılışı olub
- "Sabah" Litva çempionu ilə bacarmadı
- Türkiyə Superkuboku: Yarımfinal və finalın tarixləri müəyyənləşib