Azərbaycan millisinin sabiq baş məşqçisi Canni De Byazi yığmanın hazırkı çalışdırıcısı Fernandu Santuş barədə fikirlərini bölüşüb.
Apasport.az xəbər verir ki, italiyalı mütəxəssis bu barədə İtaliya mətbuatına açıqlamasında danışıb.
De Byazi Santuşun təcrübəsini yüksək qiymətləndirsə də, onun Azərbaycan millisi ilə işində çətinliklərlə qarşılaşdığını bildirib:
“Albaniyada mənə tam sərbəstlik verilmişdi və bunun nəticələri də özünü göstərdi. Azərbaycan millisindəki fəaliyyətimdən də razı qaldım. Hazırda isə bu komandaya Fernandu Santuş rəhbərlik edir. Onun necə böyük təcrübəyə sahib olduğunu hamımız bilirik. Amma təəssüf ki, Azərbaycan yığmasında istədiyi nəticələri almaqda çətinlik çəkir”, – deyə De Byazi vurğulayıb.
Qeyd edək ki, Canni De Byazi 2020–2023-cü illərdə Azərbaycan milli komandasının baş məşqçisi olub.
- “Qarabağ” Juninyonun yerinə hücumçu tapdı: O da Portuqaliyadan gəlir
- Paris-2024: Parataekvondoçumuz bürünc medal uğrunda görüşə çıxacaq
- Samir Abasov: "Avrokuboklara vəsiqə üçün mübarizə aparacağıq"
- Azər Bağırov: "Neftçi" "Sabah"a uduzsa, avrokuboklardan kənarda qala bilər" - Müsahibə
- Olimpiya çempionu 44 yaşında vəfat edib