"Difai"dən "uşaq" səhvi - NƏTİCƏSİ LƏĞV OLUNDU!
26.12.2024 - 13:04
!["Difai"dən "uşaq" səhvi - NƏTİCƏSİ LƏĞV OLUNDU!](https://ww3.apasport.az/storage/news/2024/december/26/big/676d1be09413f676d1be0941401735203808676d1be094136676d1be09413e.jpg)
Azərbaycan çempionatında daha bir oyunun nəticəsi ləğv edilib.
Apasport.az xəbər verir ki, bu barədə qərar AFFA-nın İntizam Komitəsinin iclasında verilib.
Buna I Liqanın XI turunun “Difai” – MOİK oyununda baş verən hadisə səbəb olub. Matçın 90+3-cü dəqiqəsində “Difai”nin heyətində adı protokolda yer almayan Tahir Zeynalov oyuna daxil olub.
Nəticədə “Difai”yə 0:3 hesablı texniki məğlubiyyət verilib. Klub 400 manat cərimə edilib.
Qeyd edək ki, görüş MOİK-in qələbəsi ilə nəticələnib - 1:0.
0
0