![“Dinamo” Mahir Emrelinin diskvalifikasiyasını təsdiqlədi](https://ww3.apasport.az/storage/news/2022/october/07/big/633f3d49e3b70633f3d49e3b711665088841633f3d49e3b6e633f3d49e3b6f.jpg)
Zaqreb “Dinamo”su futbolçusu Mahir Emrelinin FIFA tərəfindən cəzalandırılmasına reaksiya göstərib.
Apasport.az xəbər verir ki, Xorvatiya klubu bununla bağlı bəyanat yayıb.
Bəyanatda ali futbol qurumunun verdiyi cəza təsdiqlənib: “FIFA-nın futbolçumuz Mahir Emreli ilə bağlı qərarı bu gün Xorvatiya Futbol Assosiasiyası vasitəsilə “Dinamo”ya çatdırılıb. “Dinamo” bu prosesdə bitərəfdir. Mahir Emrelinin “Legiya”ya olan bütün borcu ödənilənə qədər FIFA-nın diskvalifikasiya ilə bağlı qərarı tətbiq ediləcək”.
Qeyd edək ki, FIFA sabiq klubu “Legiya” qarşısında maliyyə öhdəliklərini yerinə yetirmədiyi üçün Mahir Emrelinin futbolla bağlı bütün fəaliyyətinə qadağa qoyub.