"Dinamo"nun futbolçuları Bakını gəziblər - FOTO
27.08.2024 - 17:25
Xorvatiyanın "Dinamo" klubu UEFA Çempionlar Liqası pley-off mərhələsinin "Qarabağ"la cavab oyunu üçün ölkəmizə səfər edib.
Apasport.az xəbər verir ki, Zaqreb təmsilçisinin futbolçuları bu gün paytaxt Bakıda şəhər gəzintisinə çıxıblar. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Komanda axşam saatlarında oyunöncəsi son məşqini həyata keçirəcək.
Qeyd edək ki, "Qarabağ" - "Dinamo" qarşılaşması sabah saat 20:45-də Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq.
- Elmar Baxşıyev: "Optimal formaya yaxınlaşacağıq"
- AFFA "Turan Tovuz"un futbolçusunu cəzalandırdı
- Azərbaycan Güləş Federasiyası fizioterapiya ixtisası üzrə tələbələrin işə qəbuluna başlayıb
- Pedro Roke: “Hədəf Azərbaycan boks tarixində ilk olimpiya “qızılı”nı qazanmaqdır”
- Rəşad Sadıqov: "Son nöqtəni qoya bilmədik"
0
0