Diniyev oynadı, komandası "Qalatasaray"a uduzdu
19.01.2024 - 01:39
Türkiyədə ölkə kubokunun 1/16 final mərhələsinin oyunları keçirilib.
Apasport.az xəbər verir ki, millimizin yarımmüdafiəçisi Coşqun Diniyevin çıxış etdiyi “Ümraniyespor” səfərdə “Qalatasaray”la qarşılaşıb və rəqibinə 1:4 hesabı ilə məğlub olub.
Diniyev meydana start heyətində çıxıb və sona qədər oynayıb.
Sertan Taşkının oynadığı “Manisa” isə "Trabzonspor"un qonağı olub. Azərbaycanlı futbolçunun komandası səfərdə məğlubiyyətlə üzləşib - 1:3. Taşkının adı heyətə daxil edilsə də, meydana buraxılmayıb.
Beləliklə, "Ümraniyespor" və "Manisa" Türkiyə kubokundakı iştirakını başa vurub.
- Moldova millisinin baş məşqçisi: “Azərbaycan yığmasının legionerlərini də tanıyırıq”
- Azərbaycanlı məşqçilər “Fənərbaxça”nın düşərgəsində
- Zubir Avropa Liqasında həftənin futbolçusu seçildi
- Elmar Baxşıyev: "Məğlubiyyətimizin səbəbi psixoloji məqamlar deyil"
- AFFA İcraiyyə Komitəsinin iclası keçiriləcək
0
0