Dmitri Polyaruş Bakıda seminar keçirib
20.09.2024 - 17:37
Beynəlxalq Gimnastika Federasiyasının (FIG) Batut İdmanı üzrə Texniki Komitəsinin üzvü Dmitri Polyaruş Bakıda azərbaycanlı məşqçi və hakimlər üçün seminar təşkil edib.
Apasport.az xəbər verir ki, bu tədbir sentyabrın 16-20-də Milli Gimnastika Arenasında baş tutub.
Belaruslu mütəxəssis, daha əvvəl də Bakıda təlimçilər üçün seminarlar və ikinci səviyyəli kurslar keçirmişdi.
Xatırladaq ki, Polyaruş dünya və Avropa çempionu olmaqla yanaşı, iki dəfə Olimpiya Oyunlarında iştirak edib.
- Qurban Qurbanov: "Lion" böyük klubdur, amma bizim Avropada böyük təcrübəmiz var"
- Lopeteqi Premyer Liqa klubuna rəhbərlik edə bilər
- "Vest Hem" qiyməti qaldırdı: Barış Alper üçün 30 milyon avro
- Roderik Miller: “Turan Tovuz” bu mövsüm keçən mövsümdən qat-qat yaxşı olacaq" - Müsahibə
- Potter onu “Çelsi”yə gətirir
0
0