Ötən mövsümü “Zirə”də keçirmiş Donald Gerye karyerasını Azərbaycanda davam etdirə bilər.
Apasport.az saytının əldə etdiyi məlumata görə, “Qarabağ” və “Neftçi”də də oynamış haitili futbolçu Premyer Liqada mübarizə aparan klublardan biri ilə danışıqlara başlayıb.
Hazırda yığmasının düşərgəsində olan Geryenin son qərarı maliyyə şərtləri aydınlaşdıqdan sonra verəcək. 34 yaşlı futbolçu özü də karyerasını ölkəmizdə davam etmək istəyində olduğunu və normal maliyyə şərtləri qarşılığında Premyer Liqada oynayacağını bildirib.
Qeyd edək ki, onun adı bir müddət əvvəl “Sumqayıt” və “Səbail” klubları ilə hallanırdı.
- FIFA-dan Super Liqa komandasına transfer qadağası
- Ne-vaza üzrə ACF Kuboku keçiriləcək
- “Mançester Yunayted” niderlandlı müdafiəçidən əl çəkmir
- "Alpin" komandasının pilotunun bolidində problem aşkarlandı, avtomobili dayandı
- Musa Qurbanılı: “Qərar verilməyib, çempionatın bitməsini gözləyirdik” - MÜSAHİBƏ