![Dünya birinciliyinə qatılacaq taekvondoçularımız bəlli oldu - HEYƏT](https://ww3.apasport.az/storage/news/2022/july/31/big/62e6460dc885562e6460dc8856165925838162e6460dc885262e6460dc8854.jpg)
Gənc taekvondoçulardan ibarət Azərbaycan milli komandası Bolqarıstana yollanıb.
Apasport.az saytının məlumatına görə, yığma avqustun 2-7-də paytaxt Sofiyada keçiriləcək dünya birinciliyində 15 idmançı ilə təmsil olunacaq.
809 taekvondoçunun iştirak edəcəyi mundialda ölkəmizi Xıdır Məmmədov (45 kq), Pünhan Mürsəlov (48 kq), İslam Əhmədzadə (51 kq), Kənan Əmiraslanov (55 kq), Fərid Əliyev (59 kq), Nizami Hacıyev (63 kq), Xan Məmmədzadə (68 kq), Vaqif Hacıyev (73 kq), İsmət İsrafilzadə (78 kq), Zemfira Həsənzadə (42 kq), Səlimə Quliyeva (44 kq), Nərgiz Kazımova (46 kq), Səmməruh Osmanova (49 kq), Leyla Bəşirova (52 kq) və Fatimə Həsənova (55 kq) təmsil edəcəklər.
Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidentləri Nağı Səfərov və Niyaməddin Paşayev da komanda ilə birgə Sofiyada olacaqlar.
- “Fənərbaxça” baş məşqçisi ilə yolları ayırdı - RƏSMİ
- “Bayer” yarımfinalda, “Milan” və “Liverpul” mübarizəni dayandırdı - YENİLƏNİB
- Qurban Qurbanov: Üç gün sonra "Səbail"lə oyunda nə qədər azarkeş olacağını görəcəyik"
- Aleksandr İsak: "Azərbaycanla keçiriləcək vacib oyunu səbirsizliklə gözləyirik”
- Ronaldo penaltini ləğv etdirdi