Dünya çempionatı start götürməmiş rüşvət qalmaqalı başlayıb.
Apasport.az saytının məlumatına görə, Qətərin açılış matçında qarşılaşacağı Ekvador millisinin oyunçularına rüşvət verdiyi iddia olunub.
Bu səs-küylü ittihamı Britaniya Yaxın Şərq Araşdırma və İnkişaf Mərkəzinin regional direktoru Amjad Taha səsləndirib. Onun sözlərinə görə, ev sahiblərinə uduzmaları üçün Ekvadorun 8 oyunçusuna pul verilib: “Qətər açılış matçında (0:1, ikinci hissədə qol) məğlub olması üçün səkkiz ekvadorlu oyunçuya 7,4 milyon dollar rüşvət verib. Qətər və Ekvadordan olan beş insayder bunu təsdiqləyib. Ümid edirik ki, bu yalandır və belə məlumatın yayılması nəticəyə təsir edəcək. Dünya FİFA-nın korrupsiyasına qarşı çıxmalıdır”.
Qeyd edək ki, noyabrın 20-də keçiriləcək Qətər – Ekvador görüşü Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
- Fərid Qayıbov: Elə məqamlar var ki, nazir kimi çox şeyi danışa bilmirəm - MÜSAHİBƏ
- “Barselona”nın müdafiəçi planları
- "Turan Tovuz" Albaniya klubuna məğlub oldu - YENİLƏNİB
- Amit Quluzadə: “Heç kim Arazdan daha güclü 3 futbolçu saya bilməz” - MÜSAHİBƏ
- Millimiz Ermənistanı məğlub etdi - 1/4 finala yüksəldi