Aprelin 14-də Özbəkistanın paytaxtı Daşkənddə start götürəcək bədii gimnastika üzrə Dünya Kubokuna qatılacaq Azərbaycan idmançıları bəlli olub.
Federasiyadan Apasport.az-a verilən məlumata görə, 3 gün davam edəcək yarışda milli komandanın 8 üzvü qüvvəsini sınayacaq.
Fərdi gimnastlar Kamilla Seyidzadə və İlona Zeynalova, eləcə də qrup hərəkətləri üzrə ikinci heyətin üzvləri – Səkinə İbrahimbəyli, Nərgiz Ramazanova, Fatimə Məmmədzadə, Zəhra Paşazadə, Fidan Yusifzadə və Leyla Əliyeva medal qazanmağa çalışacaqlar.
Bədii gimnastlar artıq Dünya Kubokunda iştirak etmək üçün Daşkəndə yola düşüblər.
- “Zirə”nin baş məşqçisi: “Qarabağ”ın rekordunu kiminsə təkrarlayacağına inanmıram”
- Ramiz Məmmədov: "Neftçi" də, "Sabah" da öz sözünü deyəcək" - Müsahibə
- Taekvondo üzrə Azərbaycan çempionatı keçiriləcək
- Bakıda keçiriləcək sumo üzrə dünya çempionatının təqdimatı baş tutub
- Azərbaycan birinciliyinə start verilir