Əfsanəvi tennisçi xərçəngə yoluxdu
03.01.2023 - 12:14
![Əfsanəvi tennisçi xərçəngə yoluxdu](https://ww3.apasport.az/storage/news/2023/january/03/big/63b3d5e7efcdb63b3d5e7efcdc167273008763b3d5e7efcd763b3d5e7efcd9.png)
Əfsanəvi tennisçi Martina Navratilova xərçəng xəstəliyinə yoluxub.
Apasport.az saytı xəbər verir ki, bunu 66 yaşlıı Çexiya əsilli veteran tennisçinin özü açıqlayıb.
O bildirib ki, xəstəlik ilkin mərhələdədir və həkim nəzarətinə alınıb.
Qeyd edək ki, peşəkar karyerasına 1973-cü ildə başlamış Martina 18 titulu tək, 31-ni qadın (bütün dövrlərin rekordu) və 10-nu qarışıq cütlüklə qazanıb.
0
0