Elçin Məsiyevə növbəti təyinat
20.06.2025 - 20:45
FIFA referisi Elçin Məsiyev növbəti təyinat alıb.
Apasport.az xəbər verir ki, o, Slovakiyada təşkil edilən 21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının 1/4 final mərhələsində keçiriləcək Almaniya - İtaliya oyununda dördüncü hakim funksiyasını yerinə yetirəcək.
Qarşılaşmanın baş hakimi isə litvalı Manfredas Lukyançukas olacaq. İyunun 22-də keçiriləcək görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Qeyd edək ki, ədalət təmsilçimiz daha əvvəl Avropa çempionatında Çexiya - İngiltərə (1:3) və Gürcüstan - Portuqaliya (0:4) matçlarını idarə edib.
- “Arsenal”ın qolkiperi Bundesliqa klubunda - RƏSMİ
- Qurban Qurbanov: "Bizim fikrimiz daha çox Çempionlar Liqasındadır"
- Şahin Şahniyarov: “Millimiz üçün əlimdən gələnin ən artığını edəcəm”
- "Arsenal" "Çelsi"nin yarımmüdafiəçisini almaq istəyir
- Azərbaycan birinciliyində növbəti mükafatların sahibləri bəlli olub
0
0