Elgün Abbaslı mükafatlandırılıb
20.05.2025 - 18:25
Elgün Abbaslı mükafatlandırılıb

II Liqada "Ayın qolu" layihəsi çərçivəsində mükafatlandırma mərasimi keçirilib.

Apasport.az xəbər verir ki, bunu PFL-in mətbuat xidməti açıqlayıb. 

"Füzuli"nin futbolçusu Elgün Abbaslı mükafatlandırılıb.

Aprel ayının ən yaxşı qolunun müəllifinə təltif olunma mərasimi XXVI turun "Füzuli" – "Lerik" oyunundan əvvəl baş tutub. Ona mükafatı Peşəkar Futbol Liqasının Yarışların təşkili və qeydiyyatı şöbəsinin müdiri Elçin Mehtiyev təqdim edib.