Əliyar Ağayev Avropa Liqası matçına təyinat aldı
11.10.2022 - 09:50
FİFA referisi Əliyar Ağayev növbəti təyinat alıb.
Apasport.az-ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, o, Avropa Liqası matçında iş başında olacaq.
Ağayev qrup mərhələsinin IV turunun “Union” (Belçika) – “Braqa” (Portuqaliya) qarşılaşmasının baş hakimi olacaq. Ona Zeynal Zeynalov və Akif Əmrəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını Elçin Məsiyev yerinə yetirəcək. Oyunun var hakimləri türkiyəli Abdulkadir Bitigen və Mete Kalkavandır.
Qeyd edək ki, görüş oktyabrın 13-də Belçikanın Leuven şəhərində keçiriləcək.
- “Hull Siti”nin finaldakı rəqibi bəlli oldu - “Sauthempton” cəzalandırıldı
- Şenol Günəş Emre Belözoğlunun ulduzunu alır: "Trabzonspor"a sürpriz hücumçu
- "Bavariya" Tuxelə təzminat ÖDƏYƏCƏK
- "Mançester Siti" uğursuz seriyaya son qoydu
- Murad Musayev: "Oyun əlavə vaxta gedəndə hiss edirdim ki..." - MÜSAHİBƏ
0
0