Əliyar Ağayev Çempionlar Liqasında
03.11.2024 - 09:32
FIFA referisi Əliyar Ağayev növbəti təyinat alıb.
Apasport.az xəbər verir ki, Ağayev UEFA Çempionlar Liqasının Liqa mərhələsinin IV turu çərçivəsində keçiriləcək “Bolonya” (İtaliya) – “Monako” (Fransa) oyununun baş hakimi olacaq.
Ona Zeynal Zeynalov və Akif Əmirəli kömək edəcəklər. Dördüncü hakim funksiyasını Elçin Məsiyev yerinə yetirəcək. Matçın VAR hakimləri Almaniyadan Paskal Müller və Kristian Dingert olacaq.
Noyabrın 5-də Bolonya şəhərində yerləşən “Renato Dall-Ara” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.
- Toni Kroos: “Pedri, Lamin Yamal və Robert Levandovskidən daha vacib oyunçudur”
- "Vest Hem" Füllkruq transferini tamamlayıb
- “Nürnberq”in üzvü: “Əgər Mahir meydana köklənmiş vəziyyətdə çıxsa…”
- İrəvanda medal qazanan türkiyəli idmançılar: "Qələbəmizi Azərbaycana ərməğan edirik" - VİDEO
- “Sumqayıt” baş məşqçisi ilə yolları ayırdı - RƏSMİ
0
0