Əliyar Ağayev UEFA-nın seminarında iştirak edəcək
26.08.2024 - 09:56
![Əliyar Ağayev UEFA-nın seminarında iştirak edəcək](https://ww3.apasport.az/storage/news/2024/august/26/big/66cc19369d59666cc19369d597172465183066cc19369d59466cc19369d595.jpg)
Azərbaycanın FIFA referisi Əliyar Ağayev UEFA-nın seminarında iştirak edəcək.
Apasport.az xəbər verir ki, bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb.
İsveçrənin Cenevrə şəhərindəki tədbir elit kateqoriyalı və 1-ci dərəcəli hakimlər üçün nəzərdə tutulub.
Qeyd edək ki, seminar sentyabrın 2-4-ü aralığında baş tutacaq.
0
0