![Əliyar Ağayev Yunanıstan klublarına 11 sarı vərəqə göstərdi](https://ww3.apasport.az/storage/news/2023/april/12/big/64370006efd0464370006efd05168132608664370006efd0264370006efd03.jpg)
Azərbaycanlı FIFA referisi Əliyar Ağayev "Olimpiakos" və AEK komandaları arasında baş tutan Yunanıstan Kubokunun yarımfinal mərhələsinin cavab oyununu idarə edib.
Apasport.az xəbər verir ki, Pirey təmsilçisinin 2:1 qalib gəldiyi oyunda Ağayev 11 futbolçuya sarı vərəqə göstərib. O, "Olimpiakos"dan 6, AEK-dən isə 5 oyunçunu cəzalandırıb. Həmçinin, AEK-in 70-ci dəqiqədə vurduğu qol VAR-a baxıldıqdan sonra ləğv edilib.
Bundan başqa, Əliyar Ağayev 27-ci dəqiqədə oyunu dayandıraraq, hər 2 komandada oruc tutan müsəlman futbolçuların iftarı açmalarına şərait yaradıb.
Qeyd edək ki, AEK ilk oyunda 3:0 qalib gəldiyindən, finala çıxan komanda olub.