![Elmar Baxşıyev 100-ə çatdı](https://ww3.apasport.az/storage/news/2022/november/22/big/637d25ebb692b637d25ebb692c1669146091637d25ebb6926637d25ebb6929.png)
Elmar Baxşıyev “Qəbələ”nin baş məşqçisi postunda 100-cü oyununu keçirib.
Apasport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, 42 yaşlı mütəxəssisin yubileyi Azərbaycan kubokunun 1/8 final mərhələsinə təsadüf edib.
“Qırmızı-qaralar” “Araz Naxçıvan”la ev oyununda 5:0 hesablı qələbə qazanıb.
Baxşıyevin “Qəbələ”nin baş məşqçisi kimi debütü 2019-cu il sentyabrın 14-də “Sabah”la səfər matçında gerçəkləşib. Əyalət klubu həmin görüşdə 1:0 hesablı qələbə qazanıb.
Qeyd edək ki, Elmar Baxşıyevin rəhbərliyi altında Premyer Liqada 87, kubokda 11, avrokuboklarda 2 matça çıxan qəbələlilər 35 qələbə qazanıb, 27 heç-heçə edib və 38 dəfə uduzub.