“Fehervar”la oyun öncəsi komandada ab-hava yüksək səviyyədədir".
Apasport.az saytının məlumatına görə, bunu “Qəbələ”nin baş məşqçisi Elmar Baxşıyev Konfrans Liqasının II təsnifat mərhələsində “Fehervar”la sabah keçiriləcək ilk oyun barədə danışarkən deyib.
Macarıstanda baş tutacaq görüş ərəfəsində “qırmızı-qaralar”ın çalışdırıcısı klubun rəsmi saytına fikirlərini açıqlayıb: "Önəmlisi odur ki, heyətimizdə zədəli futbolçu yoxdur. Sabah meydanda əlimizdən gələni edəcəyik. “Qəbələ” həm öz azarkeşlərini, həm də bütün Azərbaycan xalqını sevindirməyə çalışacaq. Qarşılaşmaya hazırlığı yekunlaşdırmaq üzrəyik. Hamının tam oyuna köklənməsi sevindiricidir. Avrokubok görüşləri fərqli olur. Futbolçular planlaşdırdığımız səviyyədə hazırdır və bütün komanda səbirsizliklə matçı gözləyir. Ümid edirəm ki, sabah bunun davamını meydanda gətirəcəyik”.
- Türkiyəli məşqçi səhhəti ilə bağlı Azərbaycan klubunu tərk edib
- Andrey Popoviç: "Gürcüstanda gənc futbolçular Avropaya gedir, Azərbaycanda isə..."
- Super Liqa: "Konyaspor" və "Qaziantepspor"dan evdə qələbə
- Sven-Qoran Eriksson "Liverpul"a rəhbərlik edə bilər
- Azərbaycanın yığmasının İslamiada üçün heyəti bəlli olub