Misli Premyer Liqasının XIV turunun "Kəpəz" - "Araz-Naxçıvan" matçından (0:2) sonra qonaqların baş məşqçisi Elmar Baxşıyevin mətbuat konfransı keçirilib.
"Ağır oyun olacağını bilirdik. "Kəpəz" son dövrlərdə yaxşı performans göstərir. İdeal oynamasaq da, komanda şəklində qələbə üçün hər şey etdik. Qarşıdakı matçlara hazırlaşacağıq".
- Komanda uzun müddətdir məğlub olmur. Arxayınlıq yoxdur?
- Futbolçular uzun müddət komandadan ayrı idilər. Millidə olan oyunçuların yoxluğu komandanın ritmdən düşməsinə səbəb olmuşdu. Layiqli qələbə qazandıq. Daha da inkişaf edə bilərik.
- Urfan Abbasovun oynamamasının səbəbi nə idi?
- Zədəsi yoxdur. Sadəcə bir az narahatlığı var idi deyə süni meydançada oynatmağa risk etmədik.
- Mustafa Əhmədzadənin oyunu barədə fikirləriniz necədir?
- Onun haqda çox danışırıq. Özünə də tövsiyə etmişəm ki, mətbuatdan uzaq qalsın. Bir az bərkiməlidir, inkişaf etməlidir.
- Uğurlu seriya üzərinizdə təzyiq yaradır, yoxsa əlavə motivasiya verir?
- Mənim üzərimdə heç bir təzyiq yoxdur. Komanda da mənim kimidir. Bu klubda işləmək üçün hər cür şərait yaradılıb. Oyun planında daha yaxşı ola bilərik. Futbolçuların məşqdə göstərdiyi performansa görə bunu deyirəm.
- "Sumqayıt"dan möhtəşəm geridönüş - YENİLƏNİB
- “Mançester Yunayted” Bellinqem üçün 200 milyon avro ödəməyə hazırdır
- "Turan Tovuz" - "Sabah" matçına giriş ödənişsiz olacaq
- Avropa nəhəngləri 18 yaşlı yarımmüdafiəçi üçün mübarizə aparır
- Kuba və Azərbaycan Gimnastika Federasiyaları arasında anlaşma imzalanıb