
"Rəsmi oyuna qədər olan müddətdən maksimum istifadə etmək və hazır olmaq istəyirik".
Apasport.az xəbər verir ki, bu sözləri “Araz-Naxçıvan”ın baş məşqçisi Elmar Baxşıyev deyib.
O, Ərzurumda hazırlıq çərçivəsində bu gün “Bayburtspor”la keçirilən yoxlama oyununu dəyərləndirib.
"İyulun 6-dan hazırlığımızı Ərzurumda davam etdiririk. Gün ərzində 2 məşq keçirik. Futbolçular günün birinci yarısında fitnes-zalda, ikinci məşqi isə meydanda reallaşdırır. Bu ilk yoxlama oyunumuz idi. Əlbəttə, rəqibimizin nəyə qadir olduğu haqda məlumatlı idik. Ona görə də bütün futbolçuları sınamaq və oyun ritminə gətirmək istəyirdik. Məqsədimiz yeni futbolçuların komandaya uyğunlaşması, xətlərarası əlaqənin yaxşılaşdırılması idi. Bu cür oyunlarda nəticə yox, meydana çıxan futbolçuların verilən tapşırıqları nə dərəcədə icra etməsi önəmlidir. Hər kəs istəkli idi. Çalışmalarımız davam edir".
Qeyd edək ki, “Araz-Naxçıvan” Türkiyə təmsilçisi ilə qarşılaşmada 14:0 hesabı ilə qalib gəlib.