Elxan Abdullayev: "Məğlubiyyətdə bu amil öz təsirini göstərdi"
24.03.2025 - 13:31
Elxan Abdullayev: "Məğlubiyyətdə bu amil öz təsirini göstərdi"

19 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Elxan Abdullayev AFFA-nın mətbuat xidmətinə açıqlama verib.

Apasport.az xəbər verir ki, o, təlim-məşq toplanışını dəyərləndirib.

“Moldova yığmasına qarşı iki fərqli oyun izlədik. İlk görüşdə heç-heçə etdik. İkinci qarşılaşmada isə bütün futbolçulara şans verməyə çalışdım. Heyəti tamamilə dəyişmişdik. Toplanış seleksiya xarakteri daşıyırdı. Növbəti toplanışlarda kimlərlə yolumuza davam etməli olduğumuzu dəqiqləşdirmək üçün hamıya şans verdik. Təbii ki, məğlubiyyətdə bu amil öz təsirini göstərdi. İyunda yenidən bir araya gələcəyik. Futbolçuları izləmək və seçim etmək üçün vaxtımız olacaq. Yaydakı toplanışda qarşıdakı seçmə mərhələ matçlarına hazırlaşacağıq”.

Qeyd edək ki, Moldova ilə ilk matçda qolsuz heç-heçə oynayan millimiz ikinci görüşdə 1:4 hesabı ilə uduzub.