Emil Balayev: "Milli komanda üçün darıxmışdım"
04.06.2026 - 21:08
Emil Balayev: "Milli komanda üçün darıxmışdım"

Azərbaycan milli komandasının qapıçısı Emil Balayev Malta ilə keçiriləcək yoldaşlıq matçından öncə keçirilən mətbuat konfransında iştirak edib.

Apasport.az xəbər verir ki, təcrübəli qolkiper oyun haqda fikirlərini bölüşüb daha sonra jurnalistlərin suallarını cavablandırıb:

- Üç il sonra milliyə qayıtdım. Ayxan Abbasova və digər məşqçilərə təşəkkür edirəm. Burada olduğuma görə çox sevinirəm. Bizi maraqlı oyun gözləyir. Komandada çox yaxşı ab-hava var. Üç gün Bakıda məşq etdik. Artıq dörd gündür Avstriyadayıq. Millidə ailə atmosferinin olduğu hiss olunur.

- Şahruddin Məhəmmədəliyevlə rəqabət üçün darıxmışdın?

- Təbii ki, darıxmışdım. Karyeramda başqa qapıçılarla da rəqabətim olub. Amma Şahruddinlə rəqabət tamamilə başqadır. Mövqeyimiz eyni olsa da, həmişə bir-birimizi dəstəkləmişik. "Qarabağ"da Şahruddin əsas heyət oyunçusu olanda millidə mən oynayırdım. "Qarabağ"da mən Şahruddinə, millidə o mənə dəstək olurdu. Biz bir-birimizə qarşı çox sağlam, dostca rəqabət aparmışıq.

- Rza Cəfərovla rəqabət necədir?

- Rza icarə əsasında "Qəbələ"də idi. Artıq onun icarə dönəmi başa çatıb. Onunla "Neftçi"dəəki rəqabəti də gələcəkdə görərik.