Emil Balayev yeni klubu ilə müqavilə bağladı
11.07.2022 - 13:28

“Səbail” daha bir futbolçunu heyətinə qatıb.
Apasport.az-ın klubun rəsmi saytına istinadən məlumatına görə, Emil Balayev yeni mövsümdən bakılıların formasını geyinəcək.
Qazaxıstanın “Turan” klubundan ayrılan Azərbaycan millisinin qapıçısının “Səbail”lə uzun danışığı müsbət yekunlaşıb. 28 yaşlı qolkiper paytaxt təmsilçisi ilə 1 illik müqavilə imzalayıb.
Qeyd edək ki, Emil Balayev 2017-2019-cu illərdə “Səbail”in formasını geyinib.
- Birinci Liqa: "Qəbələ" "Qaradağ Lökbatan"ı, “İmişli” “Difai Ağsu”nu darmadağın etdi - YENİLƏNİB
- "Qalatasaray"dan Osimhen üçün 65 milyon avro - "Napoli"nin cavabı
- Modriç: "Braziliya qol vuranda hamı uduzduğumuzu düşünürdü"
- “Atletiko” Kessei, Verratti və Qalanla maraqlanır
- "Qarabağ"ın UEFA-dan əldə etdiyi gəlir bəlli olub
0
0