Emin Cəfərov KL matçına təyinat alıb
04.11.2024 - 15:58
![Emin Cəfərov KL matçına təyinat alıb](https://ww3.apasport.az/storage/news/2024/november/04/big/6728b7161d4fe6728b7161d4ff17307215586728b7161d4fc6728b7161d4fd.jpg)
AFFA-nın Oyun Əməliyyatları şöbəsinin rəisi Emin Cəfərov UEFA tərəfindən təyinat alıb.
Apasport.az xəbər verir ki, o, UEFA Konfrans Liqasının Liqa mərhələsinin III turu çərçivəsində keçiriləcək LASK (Avstriya) – “Serkle Brügge” (Belçika) oyununun UEFA nümayəndəsi olacaq.
Linz şəhərində yerləşən “Oberösterreich Arena”da təşkil olunacaq görüş noyabrın 7-də baş tutacaq.
0
0