![Emin Mahmudov: "Avstriyanı yaxşı təhlil etmişik"](https://ww3.apasport.az/storage/news/2023/march/23/big/641c8afae12fa641c8afae12fb1679592186641c8afae12f8641c8afae12f9.jpg)
“Avstriya önündə öz oyunumuzu göstərməyə çalışmalıyıq”.
Apasport.az xəbər verir ki, bunu Azərbaycan millisinin futbolçusu Emin Mahmudov Avstriya yığmasına qarşı keçiriləcək AVRO-2024-ün seçmə mərhələ oyunu öncəsi keçirilən mətbuat konfransında deyib.
Millimizin kapitanı meydan sahiblərinə öz oyunlarını göstərməyə imkan verməyəcəklərini söyləyib: “Rəqibin hansı mövqelərdə daha üstün olduğunu təhlil etmişik. Biz də son matçlarda qələbə qazanmışıq. Komandada əhvali-ruhiyyə yaxşıdır. Avstriya yaxşı pressinq etməyi bacaran rəqibdir, sıx oynayırlar. Biz onlara öz oyunlarını göstərmək imkanı verməməyə çalışacağıq”.
Qeyd edək ki, sabah keçiriləcək Avstriya – Azərbaycan oyunu Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.