Emreli oynadı, komandası məğlub oldu
04.05.2025 - 17:59
Emreli oynadı, komandası məğlub oldu

Almaniya II Bundesliqasında XXXII turun oyunları keçirilir.

Apasport.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Mahir Emrelinin formasını geyindiyi "Nürnberq" də meydana çıxıb.

Komanda  "Elvesberq"i qəbul edib. Qarşılaşma qonaqların 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Emreli də görüşün iştirakçısı olub. O, 90 dəqiqə meydanda qalıb.

32 turdan sonra aktivində 45 xal olan "Nürnberq" turnir cədvəlinin 10-cu pilləsində qərarlaşıb.