Emreli oynadı, komandası qələbə qazandı
05.10.2024 - 18:25
![Emreli oynadı, komandası qələbə qazandı](https://ww3.apasport.az/storage/news/2024/october/05/big/67014794b43b667014794b43b7172813710867014794b43b467014794b43b5.jpeg)
Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin formasını geyindiyi “Nürnberq” Almaniya II Bundesliqasında növbəti oyunu keçirib.
Apasport.az xəbər verir ki, təmsilçimizin komandası 8-ci tur çərçivəsində “Preussen Munster”i qonaq edib.
Görüş “Nürnberq”in 3:2 hesablı qələbəsi ilə yekunlaşıb. Oyuna start “11-lik”də başlayan Mahir 72 dəqiqədə əvəzlənib.
Qeyd edək ki, bu qələbədən sonra “Nürnberq” 10 xalla 10-cu sırada qərarlaşıb.
0
0