Emreli oynadı, komandası səfərdə xal itirdi
02.04.2023 - 16:42
Azərbaycan millisinin üzvü Mahir Emrelinin formasını geyindiyi "Konyaspor" bu gün Super Liqada növbəti matçına çıxıb.
Apasport.az xəbər verir ki, Konya təmsilçisi XXVI turda səfərdə "Ümraniyəspor"la qarşılaşıb. 4 qolun vurulduğu matçda qalib müəyyənləşməyib – 2:2.
Mahir də bu görüşün iştirakçısı olub. Start heyətdə meydana çıxan hücumçu 67-ci dəqiqədə əvəzlənib.
Qeyd edək ki, "Konyaspor" çempionatda 35 xalla 8-ci sıradadır.
- Avarçəkmə üzrə ölkə birinciliyinə start verilib
- Anton Krivotsyuk: “Ayxan müəllimin gəlişindən sonra milli ruh yaranıb”
- Yığmamızın futbolçusu Türkiyə Super Liqası klubunda
- Sabiq “Arsenal”lı ittihamlardan bəraət aldı - günahsız olduğu sübut olundu
- Oyun alqı-satqısı ilə ittiham olunan Kantariya: "Hər şey alt-üst oldu"
0
0