Azərbaycan Velosiped İdmanı Federasiyasının 2025-ci il üçün təsdiq edilmiş vahid idman təqvim planına əsasən, MTB-nin Enduro növü üzrə Federasiya Kuboku yarışı keçirilib.
Apasport.az xəbər verir ki, teleqüllə yaxınlığındakı parkda təşkil olunan yarışda 30-dan artıq idmançı mübarizə aparıb.
2008-ci il və daha yuxarı təvəllüdlü həvəskar idmançılar arasında Qəhrəman Hacızadə fəxri kürsünün 1-ci pilləsinə qalxıb. Əli Hacıyev 2-ci, İbrahim Əliyev isə 3-cü yeri tutub.
2009-cu il təvəllüdlü və daha gənc idmançılar arasında Respublika Olimpiya Velosiped Məktəbinin təmsilçiləri Tahir Quluzadə, Toğrul Məmmədli və Ayaz İsgəndərli müvafiq olaraq ilk 3 pillədə qərarlaşıblar.
Fərqlənən idmançılar Azərbaycan Velosiped İdmanı Federasiyası tərəfindən medal, diplom və hədiyyələrlə təltif ediliblər.
- Millimizin baş məşqçisi: “Hazırda güləşlə məşğul olan qızların sayı çoxdur”
- "Sabah" özbəkistanlı futbolçunun transfer hüququna yiyələnib
- Zidan Bundesliqa klubuna rəhbərlik edə bilər
- “Neftçi”nin rəqibləri heç-heçə oynadı
- Nağı Səfərov: “Bakıdakı dünya çempionatına 150 ölkədən 1500 idmançının gəlişi gözlənilir”