!["Fənərbaxça" ulduz futbolçunun transferini rəsmən açıqladı](https://ww3.apasport.az/storage/news/2024/july/16/big/66969f028d4af66969f028d4b0172114713866969f028d4ad66969f028d4ae.jpg)
Türkiyənin "Fənərbaxça" klubu növbəti transferini reallaşdırıb
Apasport.az xəbər verir ki, İstanbul təmsilçisi "Əl-Əhli"dən Allan Sen-Maksimenin keçidini həll edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Fransalı vinger bu gecə Türkiyəyə gedib tibbi müayinədən keçdikdən sonra müqaviləni imzalayacaq.
27 yaşlı futbolçu 2024/2025 mövsümünü icarə əsasında "Fənərbaxça"nın heyətində keçirəcək.
Qeyd edək ki, "Əl-Əhli" Allan Sen-Maksimeni 2023-cü ilin yayında "Nyukasl"dan transfer edib. Təcrübəli ön xətt oyunçusu Səudiyyə Ərəbistanı təmsilçisinin heyətində meydana çıxdığı 31 rəsmi matçda 4 qol və 10 məhsuldar ötürmə ilə yadda qalıb.