Türkiyə klubları Konfrans Liqasının qrup mərhələsinə uğurlu start götürüblər.
Apasport.az-ın məlumatına görə, “Fənərbaxça” öz meydanında qələbə qazanıb.
“Sarı-lacivərdlilər” üç xalı üç qolla əldə ediblər. “Beşiktaş” isə çətin səfərdə bir xala sevinib. Şenol Günəşin yetirmələri “Brügge” ilə qarşılaşmada son dəqiqələrdə bərabərlik qolunu vurublar.
Mahir Emrelinin çıxış etdiyi Zaqreb "Dinamo"su böyükhesablı qələbə qazanıb. Yığmamızın üzvü 65 dəqiqə meydanda olsa da, fərqlənə bilməyib. Oyun 4:1 hesabı ilə başa çatıb.
Konfrans Liqası, qrup mərhələsi
21 sentyabr
A qrupu
“Slovan” – “Klaksvik” – 2:1
“Lill” – “Olimpiya” – 2:0
B qrupu
“Zarya” – “Gent” – 1:1
“Makkabi” – “Breydablik” – 3:2
C qrupu
“Viktoriya” – “Ballkani” – 1:0
“Dinamo” (Zaqreb) – “Astana” – 4:1
D qrupu
“Brügge” – “Beşiktaş” – 1:1
“Luqano” – “Bude-Qlimt” – 0:0
E qrupu
“Zrinski” – “Alkmaar” – 4:3
“Legiya” – “Aston Villa” – 3:2
F qrupu
“Genk” – “Fiorentina” – 2:2
“Ferentsvaroş” – “Çukariçki” – 3:1
G qrupu
“Ayntraxt” – “Aberdin” – 2:1
“Helsinki” – PAOK – 2:3
H qrupu
“Fənərbaxça” – “Norşelland” – 3:1
“Ludoqorets” – “Spartak” (Trnava) – 4:0
- Rəhim Həsənov hakimləri haqlı çıxardı - VİDEO
- Keyn Avropa çempionatında rekorda imza atıb
- “Baku Open - 2024”də 300-dən çox şahmatçı iştirak edəcək
- "Neftçi" avrokuboklara düşsə, bu heyətlə heç bir uğur qazana bilməyəcək" - Müsahibə
- Ağasəlim Mircavadov: “Bizim heç-heçə etməyə də haqqımız yoxdur” - MÜSAHİBƏ